İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.
Bizim.Media “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.
Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib.
Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.
Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:18 / 17.06.2024
Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı
Hazırda oxunan: Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı
Hazırda oxunan: Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı
197686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.