Zelenski ikinci “sülh sammiti”nin keçiriləcəyini ELAN ETDİ

Zelenski ikinci “sülh sammiti”nin keçiriləcəyini ELAN ETDİ

Hazırda oxunan: Zelenski ikinci “sülh sammiti”nin keçiriləcəyini ELAN ETDİ

197587

Ukrayna prezidenti Volodimir Zelenski ikinci “sülh sammiti”nin keçiriləcəyini elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Zelenski İsveçrədə keçirilən sammitdə çıxışı zamanı deyib.

“Uzun müddətli danışıq prosesi üçün vaxtımız yoxdur. Tez hərəkət etməliyik. Sülh prosesi illər deyil, aylar çəkməlidir. Sülh fəaliyyət planı hazır olduqda və hər bir addım işlənib hazırlandıqda, ikinci sülh sammitinin keçirilməsinə yol açılacaq”, - deyə Ukrayna lideri qeyd edib.

Zelenski bildirib ki, Ukrayna üzrə ikinci sülh konfransına ev sahibliyi etmək istəyən dövlətlər artıq var və Kiyev artıq bu ölkələrlə danışıqlara başlayıb.

Qeyd edək ki, İsveçrədə keçirilən sammitin Ukrayna məsələsinə həsr olunmuş yekun sənədi konfransda iştirak edən 91 ölkədən 80-i tərəfindən dəstəklənib. Belə ki, xüsusilə bu siyahıya ABŞ, Aİ ölkələri, İsveçrə və Türkiyə daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO