Kürdəmirdə güclü leysan yağışları piyadalar və sürücülər üçün çətin anlar yaşadıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonda aramsız yağmaya başlayan leysan suları mərkəzi küçələri keçilməz hala salıb, bəzi küçələrdə hərəkət tamamilə məhdudlaşıb.
Rayonun Xanlar Səfərəliyev, Şəhriyar küçələrində eləcə də Bakı prospektində vəziyyət daha acınacaqlıdır. Belə ki, adı çəkilən küçələrdə gediş-gəliş tamamilə dayanıb.
Sakinlər evlərindən çıxmağa çətinlik çəkirlər. Küçələrdə sel sularının hündürlüyü 40 sm.-ya çatıb.
Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Fəsadların aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçirilir.
Bizim.Media, Aran bürosu.