Rusiyalı deputat və ekspertlər Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət etdilər - FOTOLAR - YENİLƏNİB

Rusiyalı deputat və ekspertlər Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət etdilər - FOTOLAR - YENİLƏNİB

Hazırda oxunan: Rusiyalı deputat və ekspertlər Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət etdilər - FOTOLAR - YENİLƏNİB

19733

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarağacı qəbiristanlığında Milli Qəhrəman Allahverdi Bağırovun qəbrini ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətinin üzvləri burada dağıdılmış məzarlara baxıblar, erməni vəhşiliyi ilə bir daha tanış olublar. (APA)

***

Azərbaycanda səfərdə olan rusiyalı deputat və ekspertlər Ağdamda Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, nümayəndə heyətlərinin üzvləri Xurşudbanu Natəvanın qəbrini ziyarət ediblər.

Nümayəndə heyətinin üzvləri ermənilərin qəbiristanlıqda törətdiyi vandallığı öz gözləri ilə görüblər.

Qeyd edək ki, heyətin tərkibinə Rusiya Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan deputatı Oleq Valençuk, Rusiyanın Liberal Demokrat Partiyasının Dövlət Dumasındakı fraksiyası rəhbərinin müşaviri Sergey Voronin, Liberal Demokrat Partiyasının deputatı Sergey Kalaşnikov, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, jurnalist, yazıçı və publisist, “Den TV”nin aparıcısı Dionis Kaptar, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov daxildir. (APA)

***

Azərbaycanda olan bir qrup rusiyalı deputat və ekspert işğaldan azad edilmiş ərazilərə səfər edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.

Nümayəndə heyətinin viran qoyulmuş Ağdam şəhərində Cümə məscidi, İmarət qəbiristanlığı, Çörək muzeyi və Dram Teatrının qalıqları, Şahbulaq qalası ilə tanış olmaları nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO