Nazir Razi Nurullayevə CAVAB VERDİ:

Nazir Razi Nurullayevə CAVAB VERDİ: "Əsassız fikirlər səsləndirməyin" 

Hazırda oxunan: Nazir Razi Nurullayevə CAVAB VERDİ: "Əsassız fikirlər səsləndirməyin" 

197251

“Milli Məclis tərəfindən bizim nazirliyə təqdim olunan məktubların hər biri cavablandırılır. Bildirim ki, burada çıxışı zamanı deputat Razi Nurullayev nazirliyə ünvanlananan məktubların cavablandırılmadığını bildirdi, bu, belə deyil”. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.  

"Razi bəyin ünvanlandığı məktubların hamısı cavablandırılıb. Ötən il Razi Nurullayev tərəfindən 80-dən yuxarı, bu il isə 31 məktub nazirliyə ünvanlanıb, hamısı da cavablanıdırılıb. Ona görə də xahiş edirəm ki, əsassız fikirlər burada başqa cür səsləndirilməsin”, - deyə o bildirib. 
Qeyd edək ki, iclas zamanı deputat Razi Nurullayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun məktublarının cavablandırılmadığını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO