ŞOK: 18 koronavirus xəstəsi yanğında öldü - 50 pasiyent təxliyə edildi

ŞOK: 18 koronavirus xəstəsi yanğında öldü - 50 pasiyent təxliyə edildi

Hazırda oxunan: ŞOK: 18 koronavirus xəstəsi yanğında öldü - 50 pasiyent təxliyə edildi

19713

Hindistanın Qucarat ştatında COVID-19 pasiyentlərinin müalicə aldığı xəstəxanada baş verən yanğında 18 nəfər ölüb.

Bizim.Media Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Bharuç şəhərindəki xəstəxananın COVID-19 pasiyentlərinin yerləşdirildiyi 4-cü mərtəbəsində gecə saat 1:00 radələrində baş verib.

Hadisə yerinə gələn yanğınsöndürənlər xəstəxananın digər mərtəbələrində olan 50 pasiyenti təxliyə ediblər.

Onlar ilk olaraq 12 nəfərin meyitini aşkarlayıblar. Axtarış işlərinin gedişində daha 6 meyit tapılıb. Onların bəzisi yanğın xəsarətindən, digərləri isə tüstüdən boğularaq ölüb.
Hələlik yanğının nədən baş verdiyi bilinmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO