Aparıcı Çinarənin həkim ərindən AÇIQLAMA:

Aparıcı Çinarənin həkim ərindən AÇIQLAMA: "Körpəmizin qüsurlu olduğunu bilirdik" - VİDEO

Hazırda oxunan: Aparıcı Çinarənin həkim ərindən AÇIQLAMA: "Körpəmizin qüsurlu olduğunu bilirdik" - VİDEO

197021

"Biz dünyaya gələcək övladımızın səhhətində olan problemdən məlumatlı idik".

Bizim.Media xəbər verir ki, bu sözləri bir neçə gün əvvəl yeni dünyaya gələn körpəsi vəfat edən aparıcı Çinarə Əliyevanın həyat yoldaşı plastik cərrah Ruslan Rəsul sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.

R.Rəsul bildirib ki, həm özü, həm də xanımı dünyaya gələcək övladlarının qüsurlu olmasından xəbərdar olublar:

"Xanımım Çinarə həftədə bir dəfə ultrasəs müayinəsindən keçirdi. Çinarənin 20-ci həftəsi idi, amma körpədə belə bir problemin olması aşkara çıxmamışdı. Səkkizinci ayında müayinə zamanı uşaqda sağtərəfli diafraqmal yırtıq aşkar edilmişdi. Yəni qaraciyərin sağpayının döş boşluğunda, ağciyərin sıxması və ağciyərin inkişafdan qalması. 

Əlbəttə, biz bunu Çinarə ilə öyrəndikdə uşağı tələf etmək istəmədik. Düşündük ki, Allah hər şeyi yaxşı edər. Ehtimal etdik ki, doğuşdan sonra körpə sağ qalacaq. Əlbəttə ki, bununla bağlı digər həkimlərlə də danışdıq, məsləhətlər aldıq. Uşağımız qeysəriyyə əməliyyatı ilə iyunun 6-sı dünyaya gəldi.  
Uşağın dünyaya gəlməsi üçün hazırlıq əməliyyatı başlanıldı. İyunun 7-sində körpəmiz əməliyyat olundu və əməliyyat uğurla başa çatdı. Amma onun sağ ağciyərinin inkişafdan qalması tələf olmasına səbəb oldu. Burada isə heç bir həkimin günahı yoxdur. 

Bu, Allahın alın yazısıdır. Ola bilərdi ki, o doğulardı, qüsurlu olardı və iki ildən sonra vəfat edərdi.  Bu əlbəttə ki, bizim üçün böyük dərd olardı. Amma həyat davam edir. Allahın köməyi ilə bizim başqa uşağımız dünyay gələr. Sağlam uşaq dünyaya gələr və hər şey Allahın köməyi ilə yaxşı olar".

Rəsul övlad itkisi ilə üzləşən xanımı Çinarənin vəziyyətindən də söz açıb:

"Həyat yoldaşı olaraq Çinarənin yanındayam. Bundan başqa onun ailəsi, yəni anası, bacısı, mənim ailəm də onun yanındadır. Çinarə bu hadisədən sonra toparlanmağa çalışır. Ona deyirəm ki, həyat davam edir. Bu yolu atlatmaq lazımdır, hər şey yaxşı olacaq".

Aparıcının əri başlarına gələn bu ürəkdağlayan hadisənin bəddua ilə əlaqələndirilməsinə də münasibət bildirib:

"Bir insan həyatda bir neçə dəfə evlənə bilər. Mənim birinci nikahım alınmayıb. Və mən xanımımdan 2021-ci ildə ayrılmışam. Onun yolu ayrı, mənim yolum ayrı. Mən övladlarımın alimentini də verirəm. Əgər bu kiməsə maraqlıdırsa və ürəyi yanırsa, getsin, Xətai rayonu icra şöbəsindən maraqlansın. Mən bu kimi məsələlərə artıq birdəfəlik son qoymaq istəyirəm. Kim ki, mənə və ailəmə sosial şəbəkədə pis şərhlər yazırsa, onları Allaha tapşırıram. Başqa bir şey də demirəm".
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO