Qarabağ Ərazi Vergilər Baş İdarəsi Xankəndiyə KÖÇÜRÜLƏCƏK - FOTO

Qarabağ Ərazi Vergilər Baş İdarəsi Xankəndiyə KÖÇÜRÜLƏCƏK - FOTO

Hazırda oxunan: Qarabağ Ərazi Vergilər Baş İdarəsi Xankəndiyə KÖÇÜRÜLƏCƏK - FOTO

196982

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş idarəsi Ağdam rayonunun Quzanlı qəsəbəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, müxtəlif sahələrdə fəaliyyət göstərən 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qatıldığı görüşdə vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, təsərrüfat subyektlərinin və uçot vahidlərinin uçotuna dair tələblər, vergi ödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərə böyük qayıdışla bağlı 1-ci dövlət proqramı ilə bağlı məqamlara toxunub.

Bu ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar barədə ətraflı məlumat verib. 

Bildirilib ki, hazırda Qarabağ ərazi vergilər baş idarəsi üzrə 24 mindən çox vergi ödəyicisi mövcuddur. Ə.Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafının, etibarlı və müasir vergi ekosisteminin formalaşmasının DVX-nin gələcəyə baxışının əsasını təşkil etdiyini diqqətə çatdırıb.
Həmçinin Ələkbər Məmmədov gələcəkdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin Xankəndi şəhərinə köçürüləcəyini də diqqətə çatdırıb.










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO