Ağcabədidə 7 yaşlı uşağın qətli ilə bağlı TƏFƏRRÜATLAR 

Ağcabədidə 7 yaşlı uşağın qətli ilə bağlı TƏFƏRRÜATLAR 

Hazırda oxunan: Ağcabədidə 7 yaşlı uşağın qətli ilə bağlı TƏFƏRRÜATLAR 

196801

İyunun 9-da Ağcabədi rayon Pərioğullar kəndində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu barədə hadisə baş verən kəndin inzibati ərazi dairəsi üzrə namizədliyin əməkdaşı Xəyyam Kərimov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hadisə baş verən ailə ümumiyyətlə kənd sakinləri olmayıb. Onlar kənd ərazisində yerləşən fermalardan birində işləməyə gəliblər:

"Onlar normal ailə deyilmişlər. Kənd ərazisində yerləşən fermaya işləmək üçün təzəlikcə gəlmişdilər. Uşağın anası Beyləqan rayon Dünyamalılar kəndindən, atası isə Füzuli rayonundan idi. Dayısı da ailə ilə birlikdə həmin fermada işləyib. Orada mübahisə falan olmayıb. Dayısı uşağı ağacla vurub. Ondan sonra uşaq huşunu itirib. Ümumiyyətlə, deyilənə görə, uşaq epilepsiya xəstəsi olub. Arada bir huşunu itirirmiş. Uşaq da zərbədən sonra elə olduğu üçün götürüb ağac kölgəsinə qoyublar ki, ayılsın. Sonradan onun öldüyü məlum olub".

Kənd rəsmisi həmçinin uşağın məktəbdən yayındırıldığı faktını da təstiq edib:

"Ailə uşağı məktəbə qoymayıb. İşləri fermalarda çalışmaq olub".

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO