"Qarabağ"ın xorvatiyalı qapıçı ilə imzaladığı müqaviləyə xüsusi bənd daxil edildi

Hazırda oxunan: "Qarabağ"ın xorvatiyalı qapıçı ilə imzaladığı müqaviləyə xüsusi bənd daxil edildi

196768

"Qarabağ"ın Portuqaliyanın "Vizela" komandasından transfer etdiyi qapıçı Fabiyan Buntiçin müqaviləsinə xüsusi bənd daxil edilib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi gələcəkdə xorvatiyalı qolkiperi başqa kluba satarsa, sabiq komandasına həmin satışdan pay verəcək.

Tərəflər arasında əldə olunmuş razılığa əsasən, Portuqaliya təmsilçisinə müəyyən məbləğdə ödəniş ediləcək.
Lakin 27 yaşlı qapıçının Azərbaycan çempionu ilə imzaladığı 3 illik müqavilənin maliyyə detalları açıqlanmayıb.

Qeyd edək ki, Almaniya vətəndaşlığı da olan Fabiyan Buntiç bu ölkənin “İnqolştadt” klubunun da formasını geyinib. O, həmçinin Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO