77 yaşlı Suğra Bağırzadə: “Qocalmağa vaxtım yoxdur”

77 yaşlı Suğra Bağırzadə: “Qocalmağa vaxtım yoxdur”

Hazırda oxunan: 77 yaşlı Suğra Bağırzadə: “Qocalmağa vaxtım yoxdur”

196726

“Qadının gözəl qalması onun öz tərbiyəsindən asılıdır. Bu elə-belə deyil. Mənim xarici gözəlliyim göydən düşməyib. Bunun üzərində işləyirəm. Mən bunu dəfələrlə demişəm, indi də deyirəm, axşamdan zəfəran dəmləyirəm, səhər isə onu içirəm. Yeməyimə diqqət yetirirəm. Heç zaman kənarda lazım olmayan heç nə yemirəm. Sevirəm ki, özüm yemək bişirim. Həyat yoldaşım da hara gedirsə getsin, o, mütləq şəkildə gəlib evdə yemək yeyir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Suğra Bağırzadə qonaq olduğu “Xəzərin sahilində” verilişində deyib. 

77 yaşlı sənətkar bildirib ki, qocalmağa zamanı yoxdur: 

“Bir dəfə jurnalistlərdən biri mənə sual verdi ki, Suğra xanım, niyə qocalmırsınız? Mən də ona baxıb, bilmədim nə cavab verim. Dedim ki, qocalmağa vaxtım yoxdur. Çünki bütün günü dərslərim olur, filmlərə, verilişlərə çəkilirəm, rəssam kimi çalışıram, xaricdə çox oluram. Bundan başqa mənim həyat yoldaşım, qızlarım, nəvələrim var. Bunların hamısı isə zaman tələb edir. Çünki hamısı ilə təmasda olmağı sevirəm. Sizə söz verirəm, vaxtım olan kimi qocalacağam”. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO