Kürdəmirdə "Şirniyyat festivalı təşkil edilib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, festival rayon Peşə liseyinin və Peşəkar Qənnadçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Kürdəmir peşə liseyində təşkil olunan festivalda liseyinin rəhbərliyi və kollektivi eləcə Birliyinin sədri və peşəkar aşbazları iştirak ediblər.
Festivalın keçrilməsində əsas məqsəd unudulmuş şirniyyat növlərinin hazırlanması və həmin şirniyyatların sirlərinin gənc nəsilə aşılamaqdan ibarət olub.
Festivalda təşkil olunan şirniyyat sərgisində ASAN könüllüləri, liseyin aşbaz qrupunun tələbələri eləcə də fərdi iştirakçıların hazırladıqları ləziz, dadlı tortlar, ağız dadına uyğun təamlar, müxtəlif şirniyyat növləri hazırlanaraq iştirakçılara təqdim olunub.
Münsiflər heyəti hazırlanmış şirniyyatlara baxış keçirərək iştirakçıların əməyini qiymətləndiriblər. Festivalda fərqlənən iştirakçılar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Bizim Media, Aran bürosu