\

\"Qarabağ\" yeni transferini rəsmən AÇIQLADI

Hazırda oxunan: \"Qarabağ\" yeni transferini rəsmən AÇIQLADI

196657

"Qarabağ" yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Klubla Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ilədək şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, klubun yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO