Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə İŞTİRAK EDƏCƏK

Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə İŞTİRAK EDƏCƏK

196655

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğan iyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ankarada keçirilən təkbətək görüşü zamanı bildirib.

Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.

Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul edib.
Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub.

Türkiyə Lideri Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO