İsrail ordusu Qəzzada 4 girovu AZAD EDİB - İçlərində Rusiya vətəndaşı da var

İsrail ordusu Qəzzada 4 girovu AZAD EDİB - İçlərində Rusiya vətəndaşı da var

Hazırda oxunan: İsrail ordusu Qəzzada 4 girovu AZAD EDİB - İçlərində Rusiya vətəndaşı da var

196352

İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında keçirdiyi quru əməliyyatı zamanı 7 oktyabr 2023-cü ildə musiqi festivalına hücum zamanı HƏMAS tərəfindən əsir götürülən 4 girovu azad edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat İDF-nin rəsmi Telegram kanalında dərc olunub.

“Girovlar Nuseyratın mərkəzində (qaçqın düşərgəsi) iki nöqtədən İDF, Şin Bet və YAMAM qüvvələri tərəfindən xilas edilib. Onların vəziyyəti yaxşıdır və növbəti tibbi müayinədən keçmək üçün Tel Haşomerdəki Şeba Tibb Mərkəzinə köçürülüblər”, - məlumatda deyilir. 

Onların arasında 27 yaşlı Rusiya vətəndaşı Andrey Kozlov da var. 

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hərbçilərinin hücumu nəticəsində 50-dən çox insan həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO