“İcra başçıları həbs edilən rayonların deputatları istefa versin” - İlqar Məmmədov

“İcra başçıları həbs edilən rayonların deputatları istefa versin” - İlqar Məmmədov

Hazırda oxunan: “İcra başçıları həbs edilən rayonların deputatları istefa versin” - İlqar Məmmədov

19630

“Həbs edilən icra başçılarının sayı artır, amma o rayonların deputatları hələ də istefanı özlərinə borc bilmir”.

Bizim.Media xəbər verir ki, bu barədə Real partiyasının sədri İlqar Məmmədov öz feysbuk hesabında yazıb. 

O, bir il əvvəl deputatlara etdiyi çağırışı xatırladıb və qeyd edib ki, icra başçısı həbs edilən rayonları təmsil edən deputatlar könüllü istefa verməli və yenidən seçkiyə qatılmalıdırlar: 

“Birincisi, əgər prokurorluq onları bu qədər aşkar cinayətlərin törədilməsində şübhəli bilirsə və sən deputat olaraq indiyədək buna yaxın bir mövzuda ictimai çıxışlar etməmisənsə, istefa – sənin üzərinə düşən bir siyasi borcdur. İstefa ver, rayonda təzədən seçki keçirilsin. Yerli camaat səni haqlı bilərsə, deputat işinə davam et.

İkincisi, ötən parlament seçkiləri haqda ATƏT-in yaydığı rəydə birbaşa deyilir ki, bir sıra yerli dövlət qurumları namizədlərə qanunsuz təzyiqlər göstərirdi və nəticədə onlar öz namizədliklərini geri götürürdülər. Bunu məhz hansı icra başçılarının etdiyini yazmasalar da, kriminal şəbəkə qurmaqda şübhəli bilinən icra başçıları şübhələnəcəyimiz bir nömrəli şəxslər olmalıdır. Beləliklə, həmin dairələrə aid deputatların üzərində istefa ikiqat siyasi borc kimi durur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO