Messi

Messi "Real"ı dünyanın ən yaxşı komandası ADLANDIRDI

Hazırda oxunan: Messi "Real"ı dünyanın ən yaxşı komandası ADLANDIRDI

196237

"Barselona"nın sabiq futbolçusu, hazırda "İnter Mayami"nin formasını geyinən Lionel Messi "Real"ı dünyanın ən yaxşı komandası hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu öz açıqlamasında bildirib. Messi jurnalistlərə açıqlaması zamanı deyib.

“Ən yaxşı komanda "Real"dır. Çünki onlar Çempionlar Liqasının qalibidirlər. "Real" ötən mövsüm Çempionlar Liqasını qazanmasa da, “Mançester Siti” kimi gücü idi.

Oyun baxımından isə şəxsən mən Xosep Qvardiolanın “Mançester Siti”sini bəyənirəm. Düşünürəm ki, Qvardiolanın çalışdırdığı istənilən komanda öz oyun tərzi ilə xüsusi seçilir. Ona görə də futbolun səviyyəsinə görə ən yaxşı komanda “Mançester Siti”, nəticə baxımından isə “Real”dır”.
Xatırladaq ki, 2023/2024 mövsümündə “Real” İspaniya çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO