Sosiallaşma fərdin cəmiyyətə uyğunlaşması, ünsiyyət qurması, özünü tapmasıdır. Fərd sosiallaşaraq cəmiyyətdə daha fəal olur. Amma bəzən sosial ətraf mühitdən uzağlaşan insanlarla da rastlaşırıq. Belə hallarda həmin insanlar daha tez depressiyaya düşüb, ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Bəs sosial mühitdən qaçan və insanlarla normal ünsiyyət qura bilməyənlərin problemi nədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Tariyel Faziloğlu bildirib ki, onların gülüş mənbəyinə çevrilmə qorxusu sosial ortamlardan uzaqlaşmağa məcbur edir.
“İnsanların sosial mühitdən qaçma səbəblərindən biri də real insanlardan ala biləcəkləri reaksiya və davranışlardı. Ona görə də bu tip insanlara sosial platformalar daha cazib gəlir. Mental dəyərlər deyilən bir sistem var ki, bizlər uşaqlarımıza ta uşaqlıqdan susmağı öyrədirik. Onlara söz haqqı vermirik. Bir sözlə, özlərini ifadə etmək bacarıqlarını əllərindən alırıq.
Uşaqların 3-6 yaş aralığında xəyal dünyası, intellekti inkişaf etməyə başlayır və beləlikə, onlarda suallar yaranır ki, biz də o suallara cavab verməkdən boyun qaçırırıq. Onların fantaziyalarından qaynaqlanan suallarına, fikirlərinə gülürük və bu da uşaqların özgüvənini zədələyir. Gələcəkdə də bu insanlarda səbirsizliyə, aqressivliyə gətirib çıxarır. Bu da insanların real ünsiyyətdən qaçmasına səbəb olur”.
Psixoloq onu da vurğulayıb ki, sosiallaşmaq üçün insanlarla empatiya qurmaq bacarığını kamilləşdirmək lazımdır:
“Bəzən sosiallaşma deyildikdə gənclər tərəfindən düzgün başa düşülmür və boş ünsiyyətlərə gətirib çıxarır”, - deyə o, qeyd edib.
Nailə Kərim, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 07.06.2024
İnsanlarda sosiallaşma problemi – Ətraf mühitdən niyə QAÇIRIQ?
Hazırda oxunan: İnsanlarda sosiallaşma problemi – Ətraf mühitdən niyə QAÇIRIQ?
Hazırda oxunan: İnsanlarda sosiallaşma problemi – Ətraf mühitdən niyə QAÇIRIQ?
196195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.