“Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri asan olmayacaq, qarşıda böyük bir təşviqat işi var, komissiyaları yaratmaq lazımdır”.
Bizim.Media xəbər verir ki, bunu keçmiş prezident Robert Köçəryan tərəfdarları ilə görüşdə bildirib.
Onun sözlərinə görə, seçki günü seçki məntəqələrində səsləri qorumaqda qətiyyətli və inadkar olan böyük bir vəkil ordusuna sahib olmalısan.
İkinci prezident gələcək təşviqat qərargahının demək olar ki, formalaşdığını və bu istiqamətdə işlərin davam etdiyini deyib.
"Hər kəsin bu işlərdə iştirak etmək imkanı var. İstəyinizə və hazırlıq dərəcənizə əsasən sizə müxtəlif iş istiqamətləri təklif ediləcək. Əmin edirəm ki, hər biriniz bu müddətdə öz yerinizi tapacaqsınız ... Seçkilər asan olmayacaq. Onsuz da küçə döyüşlərində ixtisaslaşmışıq. Çox güman ki, belə bir mübarizəyə ehtiyac olacaq”, deyə Köçəryan auditoriyaya müraciət edib.
O, ümid edir ki, hüquq-mühafizə sistemi daha təmkinli davranacaq, çünki anlayırlar ki, bu şəxsin (Nikol Paşinyan nəzərdə tutulur) yenidən dirçəlmə şansı yoxdur.
"Hakimiyyət seçkiləri saxtalaşdırsa, ölümcül rezonans alacağını bilməlidir. Bu reaksiya aqressiv və qəti olmalıdır", deyə o, qeyd edib.
Xatırladaq ki, martın 18-də Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan edib.
Seçki Məcəlləsində parlament seçkilərinin yalnız proporsional sistemi ilə keçiriləcəyi təsdiqlənib.
Baş nazir istefasını aprelin 25-də elan edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:16 / 30.04.2021
Koçaryan indidən seçkidən sonra "qan töküləcək" dedi
Hazırda oxunan: Koçaryan indidən seçkidən sonra "qan töküləcək" dedi
Hazırda oxunan: Koçaryan indidən seçkidən sonra "qan töküləcək" dedi
19618
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.