“Döyüşlərə özü könüllü qatılmışdı. Çox qorxmaz, cəsur, cüssəli idi. Bir dəfə yaralanıb qayıtdı. Çox yalvardım ki, “qardaş, sən güllə yarası almısan, qayıtmaya bilərsən, iki uşağın var”. Saxlaya bilmədik. Dedi “mənim yoldaşlarım orda döyüşür. Gedib erməniləri torpaqlarımızdan qovaq qayıdacam”. Ondan sonra da itkin düşdü.
İllərdir onun harada olduğu barədə məlumat əldə edə bilmirdik. Hələ o zamanlar Qırmızı Xaç cəmiyyətindən bizimlə dəfələrlə əlaqə saxlamışdılar. Amma qardaşım İxtiyar Əkbərovdan bir xəbər olmamışdı”.
Bunu Bizim.Media-nın yerli bürosuna açıqlamasında Birinci Qarabağ Müharibəsində itkin düşən, 31 ildən sonra nəşinin qalıqları doğulduğu Gəncə şəhərinə gətirilən şəhid İxtiyar Əkbərovun qardaşı Cəmşid Əkbərov deyib.
Onun sözlərinə görə bu gün qardaşının nəşinin tapılaraq doğma Gəncə torpağında dəfn olunması az da olsa şəhidin yaxınlarının qəlbində bir təsəlli oldu:
“Təəssüf ki, şəhidin həyat yoldaşı və övladı bu günü görə bilmədi. Şəhidin oğlu gənc yaşında xəstəliyə tutularaq dünyasını dəyişdi. Həyat yoldaşı da artıq həyatda yoxdur. Oğlu ömrünün sonuna qədər atasını tapmağa çalışırdı. Hər yerə yazıb maraqlanırdı, atasının taleyi ilə. İndi bizim gözümüz yollardan çəkildi.
Qardaşım Vətən uğrunda canından keçib, onun 31 il sonra nəşinin tapılmasına sevinirik. Artıq şəhidimiz doğma şəhərindədir. Onun tapılmasında başda Prezident İlham Əliyev olmaqla, bütün aidiyyəti qurumlara təşəkkür edirəm. Qoy bütün naməlum şəhidlərimiz də tapılsın, yaxınlarının gözü yolda qalmasın".
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:13 / 07.06.2024
Gəncədə dəfn olunan şəhidin qardaşı: “Oğlu ömrünün sonuna qədər onu tapmağa çalışırdı” – FOTO
Hazırda oxunan: Gəncədə dəfn olunan şəhidin qardaşı: “Oğlu ömrünün sonuna qədər onu tapmağa çalışırdı” – FOTO
Hazırda oxunan: Gəncədə dəfn olunan şəhidin qardaşı: “Oğlu ömrünün sonuna qədər onu tapmağa çalışırdı” – FOTO
196114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.