“Moskva və Bakı Azərbaycanda Rusiyanın baş konsulluqlarının yaradılması məsələsini müzakirə ediblər. Azərbaycanda baş konsulluqlarımızın yaradılması münasibətlərimizin mütərəqqi inkişafına, o cümlədən ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlara gözəl zəmin yarada bilər. Biz indi azərbaycanlı dostlarımızla müzakirələr aparırıq və ümid edirik ki, bu məsələ uğurla nəticələnəcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPBİF) çərçivəsində keçirilən Rusiya-Azərbaycan sessiyasında bildirib.
Qaluzin vurğulayıb ki, Rusiya-Azərbaycan münasibətləri bu gün çox yaxşı səviyyədədir. “Bu, 2022-ci ilin fevralında imzalanmış bəyannaməyə uyğun olaraq qurulan müttəfiq qarşılıqlı əlaqə və strateji tərəfdaşlıq münasibətləridir”, - o, deyib.
O, Azərbaycanda rus dilinin öyrənilməsinə də diqqət çəkib: “Dünən Vladimir Vladimiroviç Putin deyib ki, Azərbaycan Prezidentinin rus dilinin öyrənilməsindəki dəstəyini hiss edir, çünki bu, ikitərəfli münasibətlərin inkişafı üçün zəruridir. Bu da bizim birgə işimizin vacib hissəsidir. Biz onu birlikdə həyata keçiririk, burada yeni imkanlar axtarıb tapırıq, bu məsələləri çox fəal şəkildə müzakirə edirik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:11 / 06.06.2024
Moskva və Bakı arasında Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması MÜZAKİRƏ EDİLİR
Hazırda oxunan: Moskva və Bakı arasında Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması MÜZAKİRƏ EDİLİR
Hazırda oxunan: Moskva və Bakı arasında Azərbaycanda Rusiya baş konsulluqlarının yaradılması MÜZAKİRƏ EDİLİR
196092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.