Dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanıldı

Dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanıldı

Hazırda oxunan: Dövlət dəstəyi ilə aqrar sığorta mexanizminin tətbiqinə başlanıldı

1960

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb.

Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Aqrar Sığorta Fondunda Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsi imzalanıb.

Müqavilə Ermənistanın davamlı hərbi təcavüzünə məruz qalan Tərtər rayonunun Bəyimsarov kəndində fermer Habil İbrahimli ilə bağlanıb. Sənədə əsasən fermerə məxsus 50 baş iribuynuzlu heyvan aktual risklərdən sığortalanıb. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödəniləcək, qalan məbləği isə fermer hissələrlə ödəyəcək.

Qeyd edək ki, aqrar sığorta mexanizmi "Aqrar Sığorta haqqında" Qanuna əsasən fəaliyyət göstərir. Kənd təsərrüfatı riskləri Aqrar Sığorta Fondu tərəfindən sığortalanacaq.

Aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.

İlkin mərhələdə aqrar sığorta vasitəsilə 1-7 yaşlı südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq), eləcə də nohur və hovuzlarda yetişdirilən balıqlar sığortalanacaq. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetləri və risklərin siyahısı genişləndiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO