Füzuli Mərkəzi Su anbarı 50 min şəxsin su tələbatını ÖDƏYƏCƏK - RƏSMİ

Füzuli Mərkəzi Su anbarı 50 min şəxsin su tələbatını ÖDƏYƏCƏK - RƏSMİ

Hazırda oxunan: Füzuli Mərkəzi Su anbarı 50 min şəxsin su tələbatını ÖDƏYƏCƏK - RƏSMİ

195987

“Füzulinin Yuxarı Zərgər kəndində həcmi 20 min kubmetr olan Mərkəzi Su Anbarı 2040-cı ilədək 50 min adamın su tələbatını ödəyəcək”.

Bizim.Media xəbər verir ki, bunu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədr müavini İlqar Tağıyev jurnalistlərə açıqlamasında deyib.

İ. Tağıyev bildirib ki, mənbədən hal hazırda 3 quyu qazılıb:

“Gələcəkdə tələbat artdıqca 12 qutunun da qazılması planlaşdırılır. Füzuli şəhərində 103 kilometr içməli su şəbəkəsi, 100 kilometr uzunluğunda yağış suyu şəbəkəsi və 87 kilometr kanalzasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur. Tullantı sularlnın zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı gün ərzində 15 min kub metr olan çirkab su təmizləyici qurğu inşa olunacaq.

Bütün bu sistemlər “Ağıllı su” idarəetmə sistemi ilə təmin olunacaq. Həmçinin layihənin hər bir elementi SCADA sistemi ilə təmin olunacaq.

Tikinti Protean Constraction şirkəti tərəfindən həyata keçirilir”.

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO