Faiq Ağayev: “O yaşlı müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” - VİDEO

Faiq Ağayev: “O yaşlı müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” - VİDEO

Hazırda oxunan: Faiq Ağayev: “O yaşlı müğənnini efirə çağırırlar ki, həmkarlarını söysün” - VİDEO

195965

“Bir personaj var... O kanaldan çıxıb, digərinə girir. 1865-ci ildə bir dənə mahnı oxuyub... O tarixdən bu tarixə kimi bir dənə də olsa yeni mahnı oxumayıb. Yaşlı insandır, onu efirlərə çağırırlar ki, başqa insanları söysün. Ay qardaş mahnını oxu da... Sənin şöhrətli və şanlı sənət yolunda olmayıb ki, biz köhnə “baqajına” görə sənə hörmət edək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Sənətçi yaşlı nəslin nümayyəndəsi olan həmkarının efirlərdə gəncləri tənqidedici çıxışlarını sərt şəkildə qınayıb:

“O şəxsin cəmi bir mahnısı var. O da ki, böyük bir sənətkarın qanadının altında gizlənmişdi. O şəxs isə bir qrupun solisti idi. Çağırmayın da bu insanı efirə. Böyük cavana düşmən kəsiləndə dərhal mənə də düşmən kəsilir. Çünki mən bu sənətə gələnə qədər çox sayda “Hələ sən cavansan çox şeylər olacaq. Hara tələsirsən...” kimi kəlmələri eşitmişəm. Dolayısı ilə onlar mənim və bir sıra müğənnilərin önünə çəpər qoyurdular. Ona görə gənclərə yalnız dəstək durmaq lazımdır. Təbii ki, əgər o və mahnısı buna layiqdirsə. Dur onun arxasında, kömək elə... Biz əgər pisləri qınayırıqsa və zövqümüzü xərəb olmasında günahlandırırıqsa, yaxşıları da zamanında tərifləmək lazımdır”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO