Model Səmra: “Evi olmayan kişiyə ərə getməzlər” - VİDEO

Model Səmra: “Evi olmayan kişiyə ərə getməzlər” - VİDEO

Hazırda oxunan: Model Səmra: “Evi olmayan kişiyə ərə getməzlər” - VİDEO

195959

“Evi olmayan kişiyə ərə getməzlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Miss Azerbaijan 2019”un qalibi, model Səmra Hüseynova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Səmra bildirib ki, evi olmayan kişi ilə ailə qurmaz:

“Ailə qurursunuz, qeydiyyata düşmürsünüz, sonra da deyirsiniz ki, bizə heç nə qalmadı. Evsiz kişiyə necə ərə getmək olar? Belə çıxır ki, dünyaya gələcək uşağı küçədə böyüdəcəksən? Şəxsən mən evsiz böyümüşəm və bunun da nə olduğunu çox gözəl bilirəm. Evsiz böyümək heç bilirsiniz nə deməkdir? Uşağını böyüdürsən onun məhlədə dostları olur. Bir il sonra o məhlədən köçürsən o uşaq həsrət qalır dostlarına və getdiyi məktəbinə. Axı evsiz necə uşaq böyütmək olar?! Xeyr, mən “Evi olmayan kişiyə ərə getmək” fikri ilə qətiyyən razı deyiləm. Bu kimi məsələlər mənlik deyil. Mən bunun qəti əleyhinəyəm. İnsan aşıq olar 3 – 4 gün və ya 5 ay... Axı bundan sonra uşaq olmaq məsələsi var. Mən çox məntiqli düşünürəm. Mənim qabağıma çıxan kişilərin qarnı yekə, saçları isə ağarmışdı. Mən isə istəyirəm ki, qarşıma Hollivud aktyoru Bred Pitt kimi yaraşıqlı kişi çıxsın. Bədəni və görünüşü onun kimi gözəl olsun”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO