Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər.
Bizim.Media xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.
O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.
Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb:
“Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 05.06.2024
Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər
Hazırda oxunan: Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər
Hazırda oxunan: Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər
195814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.