Könül Kərimova: “Yaxınlarımdan zərbələr almışam” – VİDEO 

Könül Kərimova: “Yaxınlarımdan zərbələr almışam” – VİDEO 

Hazırda oxunan: Könül Kərimova: “Yaxınlarımdan zərbələr almışam” – VİDEO 

195761

“Mən ailə qurub sənəti yox, ailəmi seçdiyimə görə heç zaman peşman olmadım. Çünki ailə qurmağı çox arzulayırdım. Hələ orta məktəbdə oxuyanda çox arzulayırdım ki, tez ailə qurum. İstəyirdim ki, uşaqlarım olsun”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi ona yaxınları tərəfindən vurulan zərbələrdən söz açıb: 

“Pislikdən çox əziyyət çəkirəm. Onun mənə təsiri aylar və illərlə davam edir. Məni çox çətinliklə rahat buraxır. Pislik edən insan deyiləm, mənə olunan hər hansı pislik çox pis təsir edir. Amma elə insanlar var ki, pislik onun xislətindədir, bu səbəbdən belə şeylər ona adi gəlir. Ən dəhşətlisi yaxınlarımdan aldığım zərbədir. Belə olanda çox çətinliklə özümə gəlirəm. Heç deyiləsi deyil. Amma zaman keçdikcə mənə olunan pisliklərin kinini saxlamıram. Sadəcə mənim üçün həmin şəxs və onun etdiyi o qədər adiləşir. O şəxsi görəndə də sanki heç onu görməyən kimi oluram”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO