Bosniyada təşkil olunan minifutbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinə yekun vurulur.
Bizim.Media xəbər verir ki, milli komandamız F qrupunda sonuncu görüşdə Fransa millisi ilə qarşılaşıb.
Elşad Quliyevin komandası 3:1 hesabı ilə qalib gəlib. Bu nəticənin ardından yer aldığı F qrupunda maksimum nəticə göstərən millimiz turnir cədvəlini 9 xalla birinci sırada tamamlayıb.
Yığmamız pley-off mərhələsində E qrupunun ikincisi olacaq Bolqarıstan və ya Serbiya yığmalarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəlki iki turda Azərbaycan yığması Belçikanı 3:0, İtaliyanı isə 2:1 hesabı ilə məğlub edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
20:33 / 04.06.2024
Millimiz Fransaya QALİB GƏLDİ
Hazırda oxunan: Millimiz Fransaya QALİB GƏLDİ
Hazırda oxunan: Millimiz Fransaya QALİB GƏLDİ
195716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.