Azərbaycan XİN Türkiyəyə BAŞSAĞLIĞI VERDİ 

Azərbaycan XİN Türkiyəyə BAŞSAĞLIĞI VERDİ 

Hazırda oxunan: Azərbaycan XİN Türkiyəyə BAŞSAĞLIĞI VERDİ 

195653

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya DÜŞDÜ: Pilotlar həlak oldu – VİDEO  


"Qardaş Türkiyənin Kayseri şəhərində baş vermiş təyyarə qəzası xəbəri bizi son dərəcə kədərləndirdi.

Qəza zamanı həlak olmuş pilotların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - deyə paylaşımda qeyd edilib. 

Qeyd edək ki, Türkiyənin Kayseri vilayətində Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Təyyarənin iki pilotu şəhid olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO