Kanye Uest cinsi qısnamada ittiham olunur

Kanye Uest cinsi qısnamada ittiham olunur

Hazırda oxunan: Kanye Uest cinsi qısnamada ittiham olunur

195633

Dünyaca məşhur repçi və iş adamı Kanye Uestin (yeni adı Ye) keçmiş köməkçisi Loren Pişotta onu cinsi təcavüzdə ittiham edib. 

Bizim.Media xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb. 

Pişotta 2021-ci ilin iyulundan 2022-ci ilin oktyabrına qədər Uest üçün çalışıb və işdən çıxdıqdan sonra 3 milyon dollarlıq işdən çıxma paketi ilə razılaşıb. 

İddia ərizəsində bu məbləğin ona heç vaxt ödənilmədiyi bildirilib. “OnlyFans” modeli olan qız Uesti cinsi qısnamada, müqaviləni pozmaqda və iş yerində sui-istifadədə ittiham edib. 35 yaşlı Lorenin sözlərinə görə, repçi bir neçə dəfə ona özünün intim videolarını göndərib və ona nalayiq suallar verib. 
Qeyd edək ki, bu, 46 yaşlı repçinin son vaxtlar başına gəldiyi ilk qalmaqal deyil. Əvvəllər o, Bianka Sensorinin ictimai yerlərdə həddindən artıq açıq-saçıq görünməsinə görə tənqid edilmişdi. Bu yaxınlarda o, öz porno studiyasını açacağını açıqlayıb. 2019-cu ildə Kanye pornoya aludə olduğunu etiraf edib. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO