Neftçalada lisey direktoru işdən çıxarıldı

Neftçalada lisey direktoru işdən çıxarıldı

Hazırda oxunan: Neftçalada lisey direktoru işdən çıxarıldı

195629

Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru vəzifəsindən azad edilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Şirvan-Salyan Regional Təhsil İdarəsi yayıb.

Qeyd olunub ki, ümumtəhsil müəssisələri ilə yanaşı məktəbəqədər və məktəbdənkənar müəssisələrdə də yoxlama və monitorinqlər həyata keçirilir. 

Yoxlama və monitorinqlər əsasən müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizat və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi və digər məsələlərlə bağlıdır.
Yoxlamalar nəticəsində Neftçala şəhər humanitar təmayüllü Muğan liseyinin direktoru, Şirvan şəhər 16 saylı tam orta məktəbin direktor əvəzi, 2 müavin və dərnək rəhbəri, Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin isə direktor müavini və 9 təhsil işçisi işdən azad edilib.

Aşkar edilmiş nöqsanlar toplanaraq hüquqi qiymət verilməsi üçün Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda hazırda Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzində Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən yoxlama aparılır.

Xatırladaq ki, yoxlama və monitorinqlər sistemli və ardıcıl şəkildə davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO