Aktrisa və prodüser Sevinc Əliyeva “Mənim üçün açıq-saçıq səhnəsi problemlidir” fikirlərinə aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu haqda Sevinc qonaq olduğu “Qapqara” verilişində danışıb.
Sənətçi açıq-saçıq səhnələrlə bağlı bunları söyləyib:
“Ssenari ilə tanış olanda görürsən ki, açıq-saçıq səhnə yer alıb. Yəni, bu vacıbdirmi... Vacibdirsə, yalnız reytinq üçün yazılıb. O səhnənin həqiqətən bədii tərəfdən məqsədi varsa, o zaman mən qəbul edirəm, amma normal çərçivədə. Sözsüz ki, digər ölkədə olsaydıq və başqa mentalitet də böyüsəydik, dilimiz, dinimiz tam fərqli olsaydı... İctimai qınaq sözsüz ki, bizdə var. Bu, hər bir şeyə aiddir. Mənim üçün ictimai qınaq önəmli deyil. Və əgər önəmli olsaydı həyatım başqa cür olardı. Bu mühütin suyunu, torpağını almışam.
Sözsüz ki, digər ölkədə doğulanda sən başqa beyində olursan. İrsin və dinin başqa olur. Mənə açıq-saçıq səhnələrin yer aldığı bir filmdə çəkilmək təklif olunub. Sual vermişəm ki, “Niyə?”. Rejissor vavab verib ki, “O zaman niyə aktrisa olmusan?”. Demişəm ki, “Nə dəxli var? Mən aktrisa olmağına olmuşam, amma sırf bunun üçün olmamışam”. O rejissorla mənim yaxşı münasibətim var. Nə yaxşı ki, “Yox” sözünü deyə bilirəm”.
Qeyd edək ki, illər əvvəl ailə qurub daha sonra isə boşanan Sevincin rejissor Fuad Əlişovdan 3 övladı var.
Rəşad Əliyev, Bizim.Media