Bu tələbələr Qarabağ Universitetinin SABAH qruplarında pulsuz oxuyacaq

Bu tələbələr Qarabağ Universitetinin SABAH qruplarında pulsuz oxuyacaq

Hazırda oxunan: Bu tələbələr Qarabağ Universitetinin SABAH qruplarında pulsuz oxuyacaq

195580

Ödənişli əsaslarla təhsil alan tələbələr Qarabağ Universitetinin SABAH qruplarında təhsil haqqı xərclərindən azad olunacaqlar. 

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

2024/2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində SABAH qruplarına tələbə qəbulu aparılacaq ixtisaslar: 

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 

2. İbtidai sinif müəllimliyi 

3. Riyaziyyat müəllimliyi 

4. Xarici dil müəllimliyi (ingilis dili) 

5. Hüquqşünaslıq 

6. Beynəlxalq münasibətlər 

7. Maliyyə 

8. Mühasibat 

Qarabağ Universitetinin SABAH qruplarını niyə seçməli? 

1. Qarabağ Universitetinin ilk tələbəsi olmaq 

2. Ödənişsiz təhsil 

3. Ödənişsiz yataqxana 

4. Hər bir tələbəyə təqaüd, yüksək bal toplayanlara əlavə təqaüd 

5. Hər bir tələbəyə kompüter 

6. Müasir maddi-texniki bazası olan universitet kampusu 

7. Yeni məzmunlu təhsil proqramları 

8. Peşəkar yerli və əcnəbi professor-müəllim heyəti 

9. Beynəlxalq, yerli ikili diplom və mübadilə proqramları 

10. Elmi-tədqiqat və startap layihələrinin dəstəklənməsi 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO