Millimiz ikinci oyunda da qalib gəldi

Millimiz ikinci oyunda da qalib gəldi

Hazırda oxunan: Millimiz ikinci oyunda da qalib gəldi

195520

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan növbəti oyununu keçirib.

İtaliya millisi ilə üz-üzə gələn yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində 19-cu dəqiqədə Rəvan Kərimov, 45-ci dəqiqədə isə Mirmehdi Rzayev fərqlənib. İtaliyanın yeganə qoluna isə 18-ci dəqiqədə Vasçelo imza atıb.

Qeyd edək ki, Azərbaycan millisi dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib. İtaliya isə Fransaya uduzub - 1:3. Elşad Quliyevin yetirmələri iyunun 4-də Fransa ilə qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO