Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı “Sülh sammiti”nə qatılmayacaq

Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı “Sülh sammiti”nə qatılmayacaq

Hazırda oxunan: Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı “Sülh sammiti”nə qatılmayacaq

195361

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək “Sülh sammiti”ndə iştirak etmək niyyətində deyil.

Bizim.Media xəbər verir ki, bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iyunun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 15-16 iyunda İsveçrədə keçiriləcək qarşıdakı görüşdə dəstək almaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib.
Lakin onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər. Ər-Riyad hələlik bu məlumata münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna üzrə Sülh Sammiti iyunun 15-dən 16-dək İsveçrədə keçiriləcək. Ümumilikdə Ukrayna və İsveçrə tədbirə 150-dən çox ölkə dəvət edilsə də, Rusiya dəvət almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO