Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı şəhər mərkəzində yerləşən “Pepsi” adlı kafedə ad günü məclisi təşkil edildiyi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin yerə baxış keçirilən zaman obyektin icarədarı Ramil Surxayevin özünə ad günü məclisi təşkil etdiyi məlum olub.
Onunla izahedici söhbətlər aparılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Həyata keçirilən digər bir tədbir zamanı isə şəhərin C.Cabbarlı küçəsində yerləşən çayxananın gecə saatlarında işlədiyi məlum olub.
Obyektin icarədarı Rahim Kərimova mövcud qaydalar bir daha izah edilib və barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən həmin şəxs 10 gün müddətinə inzibati həbs olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:52 / 29.04.2021
''Pepsi''nin sahibi Qəbələdə həbs edildi - DİN məlumat yaydı - FOTO
Hazırda oxunan: ''Pepsi''nin sahibi Qəbələdə həbs edildi - DİN məlumat yaydı - FOTO
Hazırda oxunan: ''Pepsi''nin sahibi Qəbələdə həbs edildi - DİN məlumat yaydı - FOTO
19531
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.