FAKTİKİ HAVA: Dolu düşüb, şimşək çaxıb

FAKTİKİ HAVA: Dolu düşüb, şimşək çaxıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Dolu düşüb, şimşək çaxıb

195291

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Şamaxı, Zaqatala rayonlarının bəzi yerlərində dolu düşüb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qusar, Zaqatala (Əlibəy), Gədəbəy, Beyləqan, Qrız, Daşkəsən, Quba, Ağdam, Qax, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvan, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb.

Narıncı və sarı xəbərdarlığa uyğun olaraq ölkə ərazisinin bəzi ərazilərində şimal-qərb küləyi əsib, Bakıda və Abşeron yarımadasında küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq 28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s əsib.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO