Rusiyanın Rostov vilayətində meşə yanır

Rusiyanın Rostov vilayətində meşə yanır

Hazırda oxunan: Rusiyanın Rostov vilayətində meşə yanır

195265

Rusiya Federasiyasının Rostov vilayətində meşə təsərrüfatında baş verən yanğının sahəsi 117 hektara çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

“Yanğınların söndürülməsi küləkli hava səbəbindən çətinləşib, yaşayış məntəqələri üçün təhlükə yoxdur”, - deyə mətbuat xidmətindən bildirilir.
Meşə yanğınının söndürülməsinə 280 fövqəladə hallar xidmətinin mütəxəssisi və 83 texnika cəlb olunub. Həmçinin yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası da cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO