Mebel sexlərinin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb - FOTO

Mebel sexlərinin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb - FOTO

Hazırda oxunan: Mebel sexlərinin vəzifəli şəxsləri barəsində inzibati tənbeh tədbiri görülüb - FOTO

195212

Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

Bizim.Media xəbər verir ki, Abşeron rayonu ərazisində keçirilən tədbir zamanı Novxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən mebel sexləri tərəfindən istehsal tullantılarının qalaqlanması aşkar olunub.

Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin mebel sexlərinin iki vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Və ərazidə olan tullantıların təmizlənməsi təmin olunub.
Tədbirlər davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO