Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə səfər edən bütün turistlər üçün icbari tibbi və bədbəxt hadisələrdən sığortanın 2026-cı ilə qədər təxirə salınmasına qərar verib.
Bu barədə Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir.
İlkin versiyaya görə, bu tələb 1 iyun 2024-cü ildə qüvvəyə minməli idi. Lakin turizm administrasiyası və sığorta şirkətləri bir sıra məsələlərdə, o cümlədən sığorta paketinin minimum dəyəri ilə bağlı konsensus əldə edə bilməyiblər.
Bugünkü gün Gürcüstanda yalnız xarici nömrəli avtomobillərin sığortası tələb olunur (15 gündən çox qaldıqda). Sığorta yol qəzası zamanı zərərçəkənlərə dəyən həm fiziki, həm də maddi ziyanı əhatə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 01.06.2024
Gürcüstana gedənlərin nəzərinə – Bu gündən qüvvəyə minməli olan tələb...
Hazırda oxunan: Gürcüstana gedənlərin nəzərinə – Bu gündən qüvvəyə minməli olan tələb...
Hazırda oxunan: Gürcüstana gedənlərin nəzərinə – Bu gündən qüvvəyə minməli olan tələb...
195152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.