“Çox istərdim ki, Niyaməddin müəllimin şəxsi sürücüsü olsun. O, avtomobili özü idarə etməsin”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Qonaqcanlı” verilişində deyib.
Sənətçi proqramda yaxın dostu, Xalq artisti Niyaməddin Musayevdən söz açıb. Əsədova Musayevin avtomobili aşağı sürətlə idarə etməsindən şikayətlənib:
“Yaxın adamın toyuna getməli idik. Niyaməddin müəllimə dedim ki, gəl, otur mənim maşınıma, bir yerdə gedək. Dedi ki, yox, öz maşınımla gedəcəyəm. İnanırsınız, toyun axırına gəldik çatdıq.
Deyir ki, yolda işığı yandır-söndür ki, bilim hara gedirsən. İnanın Allaha, Niyaməddin müəllim 100-lük yolu 20-lə gedir. Mən isə onun dərdindən o yolu 30-la getdim. 35 ildir ki, bu sənətdəyəm, görürəm Niyaməddin müəllimin avtomobil idarə etməyini. Maşını çox asta sürür.
Heç məni qoymur ki, onun maşınını özüm sürüm. Deyir ki, Məleykə, olmaz, sən yüksək sürətlə sürsən radara düşərik. Yazıq canım...”
Rəşad Əliyev, Bizim.Media