Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO  

Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO  

Hazırda oxunan: Astarada torpaq sürüşməsi oldu: Evlər təhlükə ilə üz-üzə - FOTO  

195032

Cənub bölgəsində normadan artıq yağışlar Astarada müəyyən sürüşmə zonalarını aktivləşdirib. 

Bizim.Media xəbər verir ki, rayonun “Məscid məhəllə” deyilən hissəsində baş verən torpaq sürüşməsi bir neçə ev üçün təhlükəli vəziyyət yaradıb. 

Sakinlərin sözlərinə görə, ərazidə əkilən sitrus və digər meyvə ağacları torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.
Onlar bildirir ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda yaşıllıq olub.

Lakin güclü sel həmin ağacları kökündən qoparıb, aparıb. Artıq aidiyyatı orqanların nümayəndələri bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq oldu. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək. 








Sabutay, Bizim.Media, Cənub bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO