Cəlilabadda AĞIR QƏZA – Dirəyə çırpılan yük maşını aşdı – FOTO 

Cəlilabadda AĞIR QƏZA – Dirəyə çırpılan yük maşını aşdı – FOTO 

Hazırda oxunan: Cəlilabadda AĞIR QƏZA – Dirəyə çırpılan yük maşını aşdı – FOTO 

194992

Köhnə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində avtoqəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı “Qazel” markalı nəqliyyat vasitəsi yol kənarında olan elektrik dirəyinə çırpılıb. 

İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Belə ki, dirəyə çırpıldıqdan sonra maşın bir neçə dəfə aşıb. 

Nəticədə nəqliyyat vasitəsi tam deformasiyaya uğrayıb. Ayaq nahiyəsindən xəsarətlər alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO