Metyu Brayzadan SÜLH ANONSU – “Ermənilər bu reallığı qəbul etsələr...” – ÖZƏL 

Metyu Brayzadan SÜLH ANONSU – “Ermənilər bu reallığı qəbul etsələr...” – ÖZƏL 

Hazırda oxunan: Metyu Brayzadan SÜLH ANONSU – “Ermənilər bu reallığı qəbul etsələr...” – ÖZƏL 

194987

“İfrat millətçilər və Erməni Apostol Kilsəsi arasında baş nazir Paşinyana qarşı müxalifətin nə dərəcədə ciddi olduğunu söyləmək mümkün deyil”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycanda sabiq səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: “Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm”


“2020-ci ildə də etirazlar var idi, amma...”

Ermənistan Azərbaycanla normallaşma prosesinə və Paşinyanın istefasına qarşı keçirilən etirazları şərh edən sabiq səfir, erməni ictimaiyyətinin düzgün nəticə çıxaracağına və radikalizmin yenidən canlanmasına icazə verməyəcəyinə ümidvar olduğunu bildirib:

“Ermənistanın İkinci Qarabağ müharibəsində məğlub olmasından dərhal sonra onun, Paşinyanın hakimiyyətdən göndərilməsi tələbi ilə geniş etirazlar baş qaldırdı. Lakin bir neçə ay sonra 2021-ci ilin iyununda onun siyasi hərəkatı parlament seçkilərində qalib gəldi. Buna görə də düşünürəm ki, ermənilərin əksəriyyəti Paşinyanın 10 noyabr bəyanatı, həmçinin digər üçtərəfli razılaşmaları imzalamaqla düzgün addım atdığını anlayır. 

Paşinyanı devirmək üçün mübarizənin necə getdiyini bilmirəm. Amma mən bilirəm ki, Azərbaycan rəhbərliyi Paşinyana, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə, eləcə də onun sərhədlərin demarkasiyası sazişinə konstruktiv yanaşmasına hörmətlə yanaşır”, - deyə M.Brayza qeyd edib.

Ekspert əlavə edib ki, hansısa hakimiyyət dəyişikliyi həm Ermənistanın inkişafına, həm də sülh yolunda atılan addımlara zərər vura bilər:

“Paşinyan keçən həftə çox cəsarətli çıxış edərək erməniləri Ermənistanın tarixi mənzərəsi ilə yaşamağı dayandırmağa və əsl Ermənistanda yaşamağa çağırıb. Bu, ermənilər üçün çox ağrılı mesajdır, lakin getdikcə daha çox insan bu mesajı mənimsəyir. Onlar nə qədər çox reallığı qəbul etsələr, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması şansı bir o qədər çox olar. 

Baş nazir Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanmasının, Azərbaycan və Ermənistanla münasibətlərin normallaşdırılmasının, Ermənistanın iqtisadiyyatının yenidən regional iqtisadiyyata inteqrasiyasının tərəfdarıdır. Əgər o, siyasi səhnədən uzaqlaşdırılsa, sülh prosesinin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir”, - deyə M.Brayza əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO