Ucarda yol qəzası olub, xəsarət alan var

Ucarda yol qəzası olub, xəsarət alan var

Hazırda oxunan: Ucarda yol qəzası olub, xəsarət alan var

194929

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə  Bakı-Qazax əsas magistral yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, həmin yolda hərəkətdə olan "KamAZ" markalı yük maşını "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə “Hyundai”da olan sərnişin, rayonun Qaradağlı kənd sakini, 45 yaşlı Yusif Abdulla oğlu Əhmədov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralı dərhal Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlər zərərçəkənin kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO