Xəbər verdiyimiz kimi, Azərbaycanda Həcc ziyarətinin qiyməti qalxıb. Bir nəfər üçün 5 min 850 ABŞ dolları, təxminən 10 000 manata yaxın qiymətdən söhbət gedir.
Bəs bu ziyarətin alternativi varmı? 10 min manatlıq yaxşılıq etmək olmazmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Elşad Miri deyib ki, İslam dinində bildirilən Həcc anlayışı özünü müsəlman adlandıranların getdikləri Həcc anlayışı ilə bir deyil:
“Həcc anlayışı 1945-ci ildə qurulan BMT-nin versiyası kimidir. Orada beynəlxalq bir yığıncaq keçirilir. Həcc isə müəyyən dövlərdə keçirilən yığıncaq kimidir. Orada yığışıb müsəlmanların məsələlərinin həll edilməsi prioritetdir. Üstəgəl ora həm də bir qoruq yeridir. Yoxsa Kəbənin ətrafında fırlanmaqdan, Quranda yeri olmayan şeytan daşlamaqdan ibarət olan bir məsələ deyil.
Təəssüf ki, hər birimizin beynində uşaqlıqdan belə bir anlayış formalaşdırılıb ki, ora gedib-gələndən sonra özümüzü fərqli hiss edirik. Həcc və Ümrə günümüzdə Allahın bizdən istədiyi “Həcc və Ümrə” anlayışları ilə bir deyil.
Əfsuslar olsun ki, biz bu gün böyük məbləğlər verərək Kəbəyə səfər edirik. Dinin vacib əməli kimi gedirik, amma əslində, Allahın bizdən istədiyi “Həcc” anlayışı böyük yığıncaqdır. Ora isə hər kəs getməli deyil. Dövləti, müəyyən qurumları təmsil edən şəxslərin gedərək bəzi məsələləri həll etməsi ilə bağlı olan bir prosesdir”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 31.05.2024
“Kəbənin ətrafında fırlanmaq Həcc ziyarəti DEYİL” – Elşad Miridən SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Kəbənin ətrafında fırlanmaq Həcc ziyarəti DEYİL” – Elşad Miridən SENSASİON AÇIQLAMA
Hazırda oxunan: “Kəbənin ətrafında fırlanmaq Həcc ziyarəti DEYİL” – Elşad Miridən SENSASİON AÇIQLAMA
194906
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.