Azərbaycanda doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Azərbaycanda doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Azərbaycanda doqquz vəzifəli şəxs İŞDƏN ÇIXARILDI

194758

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb və təhsil müəssisələrinin rəhbərləri vəzifələrindən azad ediliblər.

Bizim.Media xəbər verir ki, bu barədə regional təhsil idarəsi məlumat yayıb.

Bildirilib ki, monitorinqlər nəticəsində təhsil müəssisələrinin rəhbərlərindən 9-u işdən azad olunub, 3-nə şiddətli töhmət, 6-na töhmət verilib, 3-nə isə yazılı xəbərdarlıq edilib.

Belə ki, Astara şəhər 3 və 4 nömrəli körpələr evi-uşaq bağçalarının müdirləri, Cəlilabad rayon Boyxanlı kənd tam orta məktəbinin direktoru, Lənkəran rayon Osakücə kənd körpələr evi-uşaq bağçasının müdiri, Masallı rayon Şərəfə kənd uşaq bağçasının müdiri, Türkoba kənd tam orta, Sirəbil kənd ümumi orta, Köhnə Alvadı kənd tam orta məktəblərinin direktorları, Masallı şəhər 3 nömrəli tam orta məktəbin direktoru işdən azad edilib.

Habelə Cəlilabad rayon Privolnoye kənd körpələr evi-uşaq bağçasının müdirinə, Yardımlı rayon Qabaqdibi kənd tam orta məktəbinin direktoruna, Lənkəran rayon Velədi kənd körpələr evi-uşaq bağçasının müdirinə şiddətli töhmət verilib.
Bununla yanaşı, Astara rayon Burzubənd kənd tam orta məktəbinin direktoruna, Lənkəran rayon Xolmili kənd körpələr evi-uşaq bağçasının müdirinə, Liman şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Alazəpin kənd ümumi orta məktəbinin direktoruna, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin direktoruna, Kənarmeşə kənd tam orta məktəbinin direktoruna töhmət verilib.

Həmçinin Lənkəran rayon Liman şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasının müdirinə, Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin direktoruna, Masallı rayon Qəriblər kənd tam orta məktəbinin direktoruna yazılı xəbərdarlıq edilib.

Bu il Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər və 18 ümumi təhsil müəssisəsində monitorinqlər aparılıb və davam etdirilir.

Xatırladaq ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin fəaliyyət planına və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Monitorinqlərin keçirilməsi barədə” 2024-cü il 29 aprel tarixli elektron məktubunun icrasına uyğun olaraq məktəbəqədər və ümumi təhsil müəssisələrində monitorinqlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO