Azərbaycan Prezidentindən litvalı həmkarına: Əlaqələrimiz xoş ənənələrə malikdir

Azərbaycan Prezidentindən litvalı həmkarına: Əlaqələrimiz xoş ənənələrə malikdir

Hazırda oxunan: Azərbaycan Prezidentindən litvalı həmkarına: Əlaqələrimiz xoş ənənələrə malikdir

194682

Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO