Çin kosmik stansiyanın əsas modulunu işə saldı - VİDEO

Çin kosmik stansiyanın əsas modulunu işə saldı - VİDEO

Hazırda oxunan: Çin kosmik stansiyanın əsas modulunu işə saldı - VİDEO

19468

Changzheng-5B (Böyük gediş 5B) raket daşıyıcısı Tiangong (Səma sarayı) Çin orbital stansiyasının əsas modulunu orbitə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, raket Hainan adasındakı Venchang kosmodromundan Bakı vaxtı ilə saat 07: 23-də atılıb. Yayım Çin Xalq Respublikasının Mərkəzi Televiziyası tərəfindən aparılıb.

Start uğurlu olub, raket qurğusundan ayrıldıqdan sonra modul müəyyən edilmiş orbitə adlayıb, günəş panelləri uğurla yerləşdirilib və normal rejimdə işləyib.

Tianhe adlı modul Çində inşa edilmiş ən böyük kosmik gəmidir. Uzunluğu 16,6 metr, maksimum diametri 4,2 metrdir. Orada komanda və idarəetmə mərkəzi,  heyət üçün əsas yaşayış sahəsi (təxminən 50 kubmetr) yerləşəcək. Bundan əlavə, bir sıra elmi və texnoloji təcrübələrin aparılması da planlaşdırılır.

Stansiyanın baş dizaynerinin müavini Zhu Guangchenin sözlərinə görə, əvvəlki Çin orbital laboratoriyaları Tiangong-1 və Tiangong-2-ni bir otaqlı mənzil ilə müqayisə etmək olardısa, yeni stansiya üç otaqlıya oxşayır.

Təxminən 66 ton ağırlığında olan stansiya T şəklində olacaq, əsas bölmə mərkəzdə yerləşəcək. Ventian və Mengtian eksperimental modullarının hər birinin çəkisi 20 tondan çoxdur. Üç taykunavt (Çində kosmonavtların adı) stansiyada eyni vaxtda qala biləcək.

Stansiyanın tikintisinin rəsmi açılışı 2023-cü ilə planlaşdırılıb. "Tiangong" 15 illik istismar üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tiangong-1 stansiyası 29 sentyabr 2011-ci ildə orbitə çıxarılıb. Beləliklə, Çin SSRİ və ABŞ-dan sonra öz orbital stansiyasını yaradan üçüncü ölkə olub. Funksiyaları baxımından Tiangong-1 Sovet İttifaqının “Almaz” və “Salyut” seriyalarına bənzəyir.

Tiangong-2 laboratoriyası 2016-cı ilin sentyabrından bəri orbitdədir. 

Əsas vəzifələri pilotlu və yük gəmilərini qəbul etmək, kosmonavtların orbitdə yerləşməsini təmin etmək, yanacaq doldurmaq, habelə elmi və tətbiqi təcrübələr aparmaqdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO