Laçın rayonunun Bəylik yaşayış məntəqəsində abadlıq, quruculuq, bərpa və yenidənqurma işlərinə başlanılır.
Bizim.Media iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara start verib.
Qeyd edilib ki, yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulub.
Eyni zamanda, yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri aparılacaq.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sözügedən işlərin 36,1 milyon manata başa gələcəyini ehtimal edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 29.05.2024
Laçın rayonunda 36 milyonluq layihənin icrasına başlanılır
Hazırda oxunan: Laçın rayonunda 36 milyonluq layihənin icrasına başlanılır
Hazırda oxunan: Laçın rayonunda 36 milyonluq layihənin icrasına başlanılır
194603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.